Əmək Artıqlığı Regionu

əmək qabiliyyətli yaşda olan əhalinin artıqlığı müşahidə edilən region.
Əmək Alətləri
Əmək Balansı
OBASTAN VİKİ
Nitq artıqlığı
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Aqlomerasiya regionu
Aqlomerasiya regionu — böyük əhalisi olan şəhərlərin iqtisadi, sosial və siyasi cəhətdən təsirli olduğu ərazilərdir. Aqlomerasiya regionu ümumiyyətlə bir paytaxt ərazisindən və digər şəhərlərdən, şəhərətrafı zonalardan və ətrafındakı yerlərdən ibarətdir. Aqlomerasiya regionlarının ümumi bir tərifi və ya sərhədləri yoxdur, ancaq ölkədən ölkəyə dəyişir. Sosial, iqtisadi və siyasi qurumlar dəyişdikcə, aqlomerasiya regionları mühüm iqtisadi və siyasi regionlara çevrilmişdir.
Darfur regionu
Darfur (ərəb. دار فور‎; "fur xalqının torpağı") — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal "Cancavid" dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M. W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Egey regionu
İzmir ili
Hollandiya regionu
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Kansai regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir. Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı Çuqoku dağların şərqi hissəsi Biva gölü Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub.
Kansay regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir. Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı Çuqoku dağların şərqi hissəsi Biva gölü Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub.
Kanto regionu
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kyuşu regionu
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi. 1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Rur regionu
Rur regionu — Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda yerləşən, 5.3 milyon əhalisi və 4.435 km² ərazisi olan regionudur. Almaniyanın ən böyük metropoliya tipli yaşayış məntəqəsidir. Duisburg, Mülheim an der Ruhr, Essen, Gelsenkirchen, Bochum, Oberhausen, Bottrop və Dortmund bu regionun əsas mərkəzi şəhərləridir. Rur regionu xalq arasında Pott və ya Kohlenpott kimi də tanınır. Son vaxtlara qədər əsas gəlir mənbəyi kömür və polad istehsalından ibarət olan region bu gün Almaniyanın İnformasiya texnologiyaları (İT), logistika və alternativ enerji mərkəzidir.
Saar regionu
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Tohoku regionu
Tohoku regionu (東北地方, Tōhoku-chihō, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima. Tohoku regionun adı iki sözdən ibarətdir: tō (東) şərq deməkdir, hoku (北) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır. Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir. Ou dağları Banday dağı Devanın üç dağı Hakkoda dağları Hayaçine dağları İvaki dağı Osore dağı Tadzava gölü Tovada gölü Kitakami çayı Oirase çayı Banday-Asahi Milli Parkı Miss Veedol Plyajı Rikuçu Kayqan Milli Parkı Tovada-Haçimantay Milli Parkı Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır.
Çubu regionu
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur. Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir. Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.
Çuqoku regionu
Çuqoku regionu (中国地方, Chūgoku-chihō) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi. Çuqoku (中国, Chūgoku) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər. Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb. Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi. San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir. San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır.
Şikoku regionu
Şikoku (四国, dörd vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi Şikoku (四国, dörd vilayət) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var. Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır. 1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi. İşizuçi dağı Sanuki dağları Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır. Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.